Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub. Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub.

Sabir Rüstəmxanlının 70 illik yubileyində izdiham - Fotolar + Yenilənib

Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub.

AzNews.az xəbər verir ki, tədbirdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb.

Qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir.

Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. Vurğulanıb ki, ədibin əsərləri insanlara yaşamaq eşqi bəxş edir, dünyaya, həyata tükənməz sevgi hissləri aşılayır. Bütün bunlar şairə tükənməz oxucu sevgisi qazandırır.

Bildirilib ki, xalqın ruhu, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas motivlərini təşkil edir. S.Rüstəmxanlının "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş", "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm zirvəsi (Cavad xan)", "Difai fədailəri", "Sunami" və başqa əsərləri bir sıra dillərə tərcümə olunub.

Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

***
25.05.18
20:18


Hazırda xalq şairi, sabiq deputat, VHP sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olunur.

Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar iştirak edirlər. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, millət vəkilləri Zahid Oruc, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Adil Əliyev, Hüseynbala Mirələmov, Müsavat Partiyasının sədri Arif Hacılı, İsa Qəmbər və digərləri də qonaqlar arasındadır.

Qeyd edək ki, şairin yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşanıb.

Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi tədbirdə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.

Baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırıb.

Səhnədə çıxış edənlər Sabir Rüstəmxanlının fəaliyyətindən bəhs ediblər.

Tədbir davam edir.