Salyanda bıçaqlanma hadisəsi baş verib. Salyanda bıçaqlanma hadisəsi baş verib.

İki həmyerli bir-birini bıçaqladı - Salyanda

Salyanda bıçaqlanma hadisəsi baş verib.


Hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

İlkin məlumata görə, Salyan şəhəri Ənnağı Hüseynov küçəsi ev 71 ünvanında yaşayan 25 yaşlı Emin Elşənoğlu Nəsibov 28 May küçəsində yaşayan 18 yaşlı Yaşar Elşən oğlu Ağayev arasında baş verən mübahisə zamanı həmyerlilər bir-birinə bir neçə bıçaq zərbəsi vurub.

Çoxsaylı bıçaq zərbələri alan hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Salyan Rayon Polis şöbəsində araşdırma aparılır.


Report