Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mükafatlandırılıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mükafatlandırılıb.

Əbülfəs Qarayevə mükafat verildi - Fotolar

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mükafatlandırılıb.


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazir Azərbaycanda turizmin inkişafına görə "İlin ən dinamik sektorunun rəhbəri" mükafatına layiq görülüb.



Qeyd edək ki, mayın 25-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016") təqdimat mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə mükafatlandırma mərasimi olub.

Onuda bildirək ki, "The Business Year" jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.



Bahar RÜSTƏMLİ
AzNews.az