Yazıçı Varisin mayın 18-də Rusiyanın ən böyük ədəbi portalı olan «Proza.ru»da (gündəlik oxucu sayı – 1000000 nəfər) dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən «Yaş əsgər çəkmələri» hekayəsi qısa müddət ərzində çox böyük oxucu auditoriyası, çoxsaylı resenziya və rəylər toplayıb. Yazıçı Varisin mayın 18-də Rusiyanın ən böyük ədəbi portalı olan «Proza.ru»da (gündəlik oxucu sayı – 1000000 nəfər) dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən «Yaş əsgər çəkmələri» hekayəsi qısa müddət ərzində çox böyük oxucu auditoriyası, çoxsaylı resenziya və rəylər toplayıb.

Rusiyada yazıçımızın əsərinə qadağa qoyuldu - Ermənilərə görə

Yazıçı Varisin mayın 18-də Rusiyanın ən böyük ədəbi portalı olan «Proza.ru»da (gündəlik oxucu sayı – 1000000 nəfər) dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən «Yaş əsgər çəkmələri» hekayəsi qısa müddət ərzində çox böyük oxucu auditoriyası, çoxsaylı resenziya və rəylər toplayıb.


AzNews.az xəbər verir ki, ötən gün "Proza.ru" rəhbərliyi hekayəni saytdan çıxararaq yazıçıya bu barədə belə bir bildiriş göndərib.

"Bildiririk ki, "Yaş əsgər çəkmələri" əsəriniz "Proza.ru" serverində dərc edilmək qaydalarına zidd olduğuna, 3.2 maddəsinin tələblərini pozduğuna görə saytdan çıxarılıb. Bu maddəyə görə, Rusiya Federasiyası qanunvericiliyi ilə qadağan edilmiş məzmuna malik əsərlər dərcə buraxılmır".

Yazıçı server rəhbərliyindən məsələ ilə bağlı ətraflı məlumat almağa çalışıb. Ona bildiriblər ki, sözügedən hekayə millətlərarası münaqişəni qızışdıra bilər: "Siz "İşğalçı erməni silahlı qüvvələri" söz birləşməsindən istifadə etməklə millətlərarası münaqişəni qızışdırmağı qadağan edən Rusiya qanunvericiliyini pozmusunuz. Bizim müəlliflər tək Rusiya ərazisində deyil, başqa ölkələrdə, o cümlədən də, Ermənistanda yaşadıqlarına görə, sizin nəzər nöqtəniz başqalarının nəzər nöqtələri ilə kardinal dərəcədə fərqlənə bilər.

Bundan başqa, sizin əsəriniz bütün dünyanı əhatə edən oxucu kontingentimiz arasında da fərqli və neqativ reaksiya yarada bilər".


Yazıçının sözlərinə görə, "Yaş əsgər çəkmələri"nin dərcdən çıxarılması üçün onlarla erməni yazarı, eləcə də yüzlərlə erməni oxucu sayt rəhbərliyinə şikayət edib.