Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb. Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.

Fransadan Xədicə İsmayılla bağlı - Bəyanat

Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.


Fransanın Azərbaycandakı səfirliyindən AzNews.az-a daxil olan bəyanatda deyilir:

"Fransa, Azərbaycan Respublikası Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqındakı qərarından sonra azad edilməsi xəbərini böyük məmnunluqla öyrəndi. Xədicə İsmayılova 2015 – ci il sentyabrın 1-də məhkum edilmiş və ona şərti cəza verilmişdi. Bu yeni addım cari il aprelin 19-da Yunus cütlüyünün azad olunmasından sonra baş verir. Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir".