Horadiz şəhərində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Horadiz şəhərində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.

Füzulidə tədbir - Respublika Günü qeyd olundu

Horadiz şəhərində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.


İH-dən AzNews.az-a verilən məlumata görə, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

Daha sonra İcra başçısı Alı Alıyev çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Alı Alıyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub:

"AXC qısa müddət ərazində fəaliyyət göstərsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.Bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir".

Digər çıxış edənlər də AXC-nin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.