Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb. Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

Jurnalistlərdən Ramil Usubova müraciət - Siyahı

Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.


AzNews.az xəbər verir ki, müraciəti müxtəlif Kütləvi İnformasiya Vasitələrində çalışan 50-dək jurnalist imzalayıb. Müraciətdə bu il may ayının 17-də APA agentliyinin əməkdaşı Mübariz Aslanovun xidməti ezamiyyətdə olduğu zaman həyat yoldaşının və azyaşlı övladının evdə olmamasından istifadə edilərək kirayədə yaşadığı evin tamamilə qarət olunmasının artıq son iki ildə beşinci jurnalistə qarşı eyni halın baş verməsindən narahatlıq ifadə olunub. Müraciətdə xatırladılıb ki, buna qədər son illər bəzi jurnalistlərin yaşadıqları evlərin qarət olunması və həmin cinayətlərin heç birinin üstünün açılmaması ilə bağlıdır. Belə ki, 15 may 2014-cü ildə "Qafqazinfo.az" saytının redaktoru Günel Əbilova, 2014-cü il avqustun 15-dən 16-na keçən gecə Modern.az saytının əməkdaşı Elmin Nurizadə, 2013-cü sentyabrın 21-dən 29-da qədər olan müddətdə APA TV-nin əməkdaşı Ülkər Qasımova, 2016-cı ilin yanvarın 19-da da "AzVision" saytının əməkdaşı Elvin Abdulqədirov və bu il may ayının 17-də Azəri-Press Agentliyinin (APA) əməkdaşı Mübariz Aslanovun yaşadıqları evlərin qarət olunması nəticəsində onlara müxtəlif məbləğlərdə zərər dəyib. Müraciətdə qeyd olunur ki, jurnalistlərə qarşı baş vermiş oğurluq hadisələrinin heç birinin üstü açılmayıb. Jurnalistlər evləri qarət olunan jurnalistlərə vurulan zərərin onlar üçün ciddi önəm daşıdığını nəzərə alaraq daxili işlər nazirindən məsələni şəxsi nəzarətinə götürməyini xahiş ediblər.