Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirib.

“Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirildi - Fotolar

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirib.


Seminarda jurnalistlər və bir neçə universitetin jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev həmkarlarımızın bu tip mövzulara səthi yanaşdığını, problemin mahiyyətini daha çox subyektiv mülahizələri ilə əsaslandırmağa çalışdıqlarını bildirib: "Nəticədə, problemə qeyri-obyektiv mövqedən münasibət bildirilir, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur".

N. Niftiyev bildirib ki, tarixin müxtəlif vaxtlarında Azərbaycan mətbuatında mültikulturalizm ənənələri mövcud olub: "XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanda rus dilində qəzetlər nəşr edilməyə başladı. Artıq, 1905-1907-ci illərdə 70-dən çox qəzet və jurnal rus dilində nəşr edilirdi. Eyni zamanda, XX əsrin əvvəllərində erməni və gürcü dilində nəşr edilən mətbuat orqanları da var idi. 1907-ci ildə Bakıda polyakların da "Faris" adlı bir qəzeti nəşr olunurdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan 17 ay sonra "Mətbuat Nizamnaməsi"nin qəbulu ölkədə mətbuatın inkişafı üçün bütün maneələri aradan qaldırdı. Həmin dövrdə ölkə ərazisində 150-yə qədər mətbuat orqanı nəşr edilirdi. Bunların 60-dan çoxu Azərbaycan, 70-dən çoxu rus, təxminən, 14-15 mətbuat orqanı isə digər dillərdə çap olunurdu".

N. Niftiyev əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıqların mətbuat sahəsindəki fəaliyyəti ardıcıl və davamlı olub: "Azərbaycanda yaşayan etnik icmaların dilində 15, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda milli azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir".

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri" bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur: "Burada da "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" xüsusi bənd kimi göstərilir. 2009-cu ildən bu günədək ildə iki dəfə jurnalistlər üçün fərdi yazı müsabiqəsi zamanı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda yüzlərlə məqalə təqdim olunub. Bu yazılar, eyni zamanda, müəlliflərin çalışdıqları KİV-lərdə işıq üzü görüb".

"Müvəkkil" Hüquq Mərkəzinin sədri, layihənin eksperti Səməd Vəkilov multikultiralizmin hüquqi aspektlərindən danışıb. O, qeyd edib ki, BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Konvensiyası bu sahədə çox mühüm sənəddir:
"1992-ci ildə Azərbaycan BMT-yə üzv olub, beynəlxalq birliyin müstəqil subyektinə çevrilib. Azərbaycan bu Konvensiyanı imzalayıb, multikultiralizm dəyərlərinə önəm verib". S. Vəkilov bildirib ki, o zaman multikultiralizm anlayışı olmasa da, beynəlxalq Konvensiyada mədəni müxtəliflik anlayışına və hüquqlara yer ayrılırdı: "Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra milli və beynəlxalq səviyyədə multikultural məsələlər öz həllini tapıb."

Jurnalist Araşdırmalar Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə ABŞ və Azərbaycanda multikulturalizmin fərqləri barədə danışıb. O, bildirib ki, bir neçə il öncə ABŞ-a səfər edib: "Nyu-Yorkda hava limanına enərkən bizə məsləhət gördülər ki, bir neçə küçə var ki, ora getməyək. Səbəbini soruşanda dedilər ki, bu həyati təhlükədir. Azərbaycana isə qonaq gələndə biz birinci Qusarın adını çəkirik, xarici qonaqları Lənkərana, Lerikə göndəririk. Biz kiməsə demirik ki, hansısa bölgədə azsaylı xalq yaşayır. Bizim ölkədə azsaylı xalqların nümayəndələri ən dilbər guşələrdə yaşayır".

Sonra çıxış edən Strategiya.az jurnalının baş redaktoru İsmayıl Qasımov Azərbaycanın zəngin multikultiralizm ənənələrindən danışıb: "Bura tək təbii sərvətlər daxil deyil, Azərbaycanın həmçinin mənəvi irsi də var. Multikultiralizm Azərbaycanın sərvətidir. Ermənistanı Azərbaycanla müqayisə etsək, monoton Ermənistanda bir din, bir millət, bir davranış var. Azərbaycan isə gözəl bir çəmənlikdir ki, burada bütün çiçəklər var".

Seminarda gənc fəal Orxan Bayramov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.