Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnirin final mərhələsi keçirilib. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnirin final mərhələsi keçirilib.

Azərbaycanlı çapar beynəlxalq turnirdə qalib oldu - General mükafatlandırdı (Fotolar)

Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnirin final mərhələsi keçirilib.


AzNews.az xəbər verir ki, yarışda Azərbaycan, Almaniya, Türkiyə və Lüksemburqdan olan idmançılar iştirak edib. Turnirin mükafat fondu 60 min manatdır.

Yarışdan öncə meydançaya Londonda kraliça Yelizavetanın doğum günündə şou göstərmiş Qarabağ atları çıxıb. Daha sonra isə yarışa start verilib.

Yarışda azərbaycanlı iştirakçı Rəşad Səmədov fərqlənərəq qalib olub.
Yarışın qalibilərini Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev mükafatlandırıb.

Qeyd edək ki, turnirin ilk günündə yarışların iki mərhələsi keçirilib. Azərbaycan və Lüksemburqdan olan iştirakçılar. 15 yorğa atda vaxt nəzərə alınmaqla yarışıb. 36.68 saniyə nəticə ilə birimci yeri "Cissy" ləqəbli atla azərbaycanlı çapar Səid Musayev qazanıb.

Yarışın ikinci günündə də yerli çaparlar fərqləniblər. İlk turda Rəşad Səmədov qalib gəlib.

Məlumat üçün bildirək ki, yarışı Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan olan hakimlər briqadası idarə edib.

Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev yarışla bağlı AzNews.az-a danışaraq bildirib ki, bu, ölkədə sayca 8-ci at yarışıdır: "İlk dəfə 2009-cu ildə keçirilib. Həmin yarış atçılığın bu növü üzrə beynəlxalq turnir idi. Bu yarış Atçılıq Federasiyası üzrə ən yüksək kateqoriyadır. 4 ölkədən idmançılar iştirak edir. Müxtəlif ölkələrdən seçilmiş beynəlxalq federasiya hakimləri yarışlara nəzarət etdi. Ümumilikdə 12 idmançı, 26 at yarışlara qatılıb. Final yarışı üçün ümumilikdə 30 min manat ayrılıb. Kubok sahibinə isə sözügedən məbləğin 33 faizi verildi".