Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Jiquli” yük maşını ilə toqquşdu - 1 nəfər ağır yaralı

Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə bu gün axşam saatlarında Saatlı şəhərində, "Həyat" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, rayon sakini, 38 yaşlı Kainat Xanlar oğlu Abdullayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən Tovuz rayon sakini, 37 yaşlı Şahnigar Xanoğlan oğlu Abdullayevin idarə etdiyi "Shacman" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı "Jiquli"nin sürücüsü ağır yaralanıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Report