Azərbaycanlı kikboksçu Xəyal Əhmədov bu gün Hollandiyanın Eindhoven şəhərində keçiriləcək “K-1” versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək. Azərbaycanlı kikboksçu Xəyal Əhmədov bu gün Hollandiyanın Eindhoven şəhərində keçiriləcək “K-1” versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Kikboksçumuz beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov bu gün Hollandiyanın Eindhoven şəhərində keçiriləcək “K-1” versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək.


AzNews.az xəbər verir ki, on beşə yaxın ölkədən idmançıların iştirak edəcəyi beynəlxalq turnirin təşkilatçısı "A1 World Combat Cup"dır. İdmançımız polyak əsilli kikboksçu ilə döyüşə çıxacaq.

İdmançımız çətin döyüşdə qalib gələcəyini və bu qələbəsini bayram hədiyyəsi kimi xalqa təqdim edəcəyini deyir: "Bilirsiniz ki, bu gün ölkəmizdə 28 May Respublika günü kimi qeyd edilir. Mənim üçün məsuliyyətli və çətin gündür. İnşallah qələbə qazanıb xalqımızı sevindirərəm".

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.