Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub. Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.

Xəzərdə zəlzələ

Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.


AzNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45-də Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 46 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, mayın 28-də yerli vaxtla 14:02-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı.

Maqnitudası 3.7, dərinliyi 49 km olan həmin zəlzələ də hiss edilməmişdi.