Tərtər rayonunda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub. Tərtər rayonunda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Tərtərdə 4 ədəd partlamamış hərbi sursat aşkar edildi - Fotolar

Tərtər rayonunda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.


Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 22 000 kv. m ərazi yoxlanılmışdır.

Qarağacı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122mm-lik mərmi aşkar edilmiş, nəticə etibarı ilə 200 kv. m ərazi yoxlanılmışdır.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 4500 kv. m ərazi yoxlanılmışdır.

Ağcabədi rayonu

Hacılar kəndi - 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 26 000 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 1 740 kv. m ərazi yoxlanılmışdır.

28 May tarixində 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində, 24 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 54 440 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 28 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 536 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.