Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan elminə ağır itki üz verib.

Azərbaycan elminə ağır itki - 101 yaşlı akademik vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.


Azərbaycan Milli Elmlər Akademiyasından AzNews.az-a verilən xəbərə görə, görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi İsmayıl Əli oğlu İbrahimov vəfat edib.

İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Ordubad şəhərində anadan olub. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirib(Azərbaycan Dövlət Neft Akademiyası). 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.

1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb.

Qeyd edək ki, İ. İbrahimov Azərbaycan Sənaye İnstitutununun (Azərbaycan Dövlət Neft Akademiyası) rektoru, Azərbaycan SSR-in baş nazirinin müavini vəzifələrində də çalışıb.