Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov səhhətində irəliləyiş var. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov səhhətində irəliləyiş var.

Əməliyyat olunan əməkdar artistdən xəbər var

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov səhhətində irəliləyiş var.


Bu barədə AzNews.az-a onun özü məlumat verib.

Aktyorun sözlərinə görə, hazırda Milli Onkologiya Mərkəzindədir: "Müayinə üçün gəlmişəm. Səhhətimdə irəliləyişlər var. Amma buna baxmayaraq, müalicə prosesi davam edəcək".

Aktyor qeyd edib ki, xəstəliyi ilə əlaqədar həkimlər əllərindən gələni edib.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov səhhətində problem yaranıb. O, mayın 4-də Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az