Bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovun ad günüdür. Bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovun ad günüdür.

Yaşasaydı 46 yaşı olacaqdı - Fotolar

Bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovun ad günüdür.


Mərhumun 46 yaşı tamam olur.

İctimai xadim 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə "Şən və Hazırcavablar" Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən "Bakı Şən və Hazırcavablar" Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.

Axsam.az