Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub. Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda referendum nə vaxt keçiriləcək? - Açıqlama

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub.


Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında KİV nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Partiya funksioneri bildirib ki, prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır:
"Təklifə baxıldıqdan sonra qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq".

Modern.az