“Azərbaycan Konstitusiyası yaradılanda yumşaq konstitusiya kimi hazırlanıb. Bunun da şahidiyik. Azərbaycan Konstitusiyasının qəbul edilməsindən ötən 21 il ərzində iki dəfə referendum keçirilib və birbaşa konstitusiyanın mətnində dəyişikliklər edilib". “Azərbaycan Konstitusiyası yaradılanda yumşaq konstitusiya kimi hazırlanıb. Bunun da şahidiyik. Azərbaycan Konstitusiyasının qəbul edilməsindən ötən 21 il ərzində iki dəfə referendum keçirilib və birbaşa konstitusiyanın mətnində dəyişikliklər edilib".

“Dəyişikliklər layihəsi qəbul edilərsə…”

“Azərbaycan Konstitusiyası yaradılanda yumşaq konstitusiya kimi hazırlanıb. Bunun da şahidiyik. Azərbaycan Konstitusiyasının qəbul edilməsindən ötən 21 il ərzində iki dəfə referendum keçirilib və birbaşa konstitusiyanın mətnində dəyişikliklər edilib".


Bunu Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O qeyd edib ki, konstitusiyaya dəyişikliklər edilməsi üçün 2002 və 2009-cu illərdə keçirilən referendumlarla yanaşı, ölkədə 6 konstitusiya qanunu qəbul edilib: "Bunlar da konstitusiyanın tərkib hissəsidir".

S.Mirzəyev vurğulayıb ki, konstitusiyaya təklif edilən yeni dəyişikliklər həm Azərbaycanda, həm də dünyada baş verən qlobal dəyişikliklərlə bağlıdır: "Həyat günbəgün inkişafdadır. Yəni, elə dəyişikliklər baş verir ki, insanların çoxu 1 il öncə bunu gözləmirdi. Dövlətin də əsas qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməz. Sözsüz ki, buna reaksiya verməlidir".

Konstitusiyaya 29 yeni dəyişikliyin təklif edildiyini xatırladan S.Mirzəyev əlavə edib ki, dəyişikliyin 15-i insan hüquqları bölməsinə aiddir: "Bu dəyişikliklər Azərbaycanda insan hüquqlarının daha möhkəm təmin edilməsi və qorunması üçün təklif olunub. Təklif edilən digər 4 dəyişiklik də müxtəlif vəzifələrə təyin olunma və ya seçilmə ilə əlaqədar yaş senzinin götürülməsi ilə bağlıdır. Bu, insan hüquqlarını daha da genişləndirir və məhdudiyyətləri aradan götürür. Bir çox dəyişikliklər dövlət orqanlarının sisteminin təkmilləşdirilməsi, eyni zamanda, dövlət orqanlarının məsuliyyətinin artırılması ilə əlaqədardır. Bir neçə dəyişiklik də konstitusiyada olan anlayışların dəqiqləşməsi ilə bağlıdır. Məsələn, dəyişikliklər layihəsi qəbul edilərsə, konstitusiyada Silahlı Qüvvələr anlayışı daha dəqiq veriləcək. Çünki Silahlı Qüvvələrə tək ordu yox, həm də digər silahlı birləşmələr də aid edilir".

Milli Məclis Aparatının rəhbəri həmçinin, konstitusiyanın 24-cü maddəsinə təklif olunan dəyişiklikləri də şərh edib.

S.Mirzəyev bildirib ki, əsas məqsəd insanın hüquq və azadlıqlarının mənbəyinin tapılmasıdır. O deyib ki, bu məsələ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasından irəli gəlir: "Konvensiyada birbaşa göstərilib ki, ilk növbədə insan ləyaqəti qorunmalıdır. Digər tərəfdən, bu sahədə çalışan alimlərin bir çoxu hesab edir ki, ləyaqət insan hüquq və azadlıqlarının əsasında, bünövrəsində duran əsas anlayışdır. Hər bir insanın ləyaqəti qorunmalıdır. Mən bəzi qəti fikirlər səsləndirəcəm. İstər cinayətkar, istər pozğun olsun, kimliyindən asılı olmayaraq, heç kimin ləyaqəti tapdalanmamalı və qorunmalıdır. Bir çoxları deyə bilər ki, bu aydın məsələdir. Amma bu məsələ birbaşa konstitusiyada əks olunanda artıq hər kəs aşkar şəkildə anlayacaq ki, insan hüquqlarının qorunmasının bünövrəsini nə təşkil edir. Avropa Konvensiyasında da bu məsələ öz əksini tapıb. Digər tərəfdən, insan hüquqlarından sui-istifadəyə yol verilməməsi məsələsi birbaşa konstitusiyadan irəli gəlir. İnsan hüquq və azadlıqlarının qorunması digərlərinin hüquqlarını pozmamalıdır və xələl gətirməməlidir. Əsas məqam odur ki, bizim ölkədə hər kəsin hüquqları qorunur. Ancaq insan hüquqlarının qorunmasından sui-istifadə etmək yolverilməzdir".

Report.az