Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Tovuzdakı yanğınla bağlı - Məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus kürsülü, ümümi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 28 kv.m, 1 otağın tavanı 22 kv.m, ona bitişik ümumi sahəsi 90 kv.m olan talvarın lambirdən ibarət tavanı və talvarın altında dayanmış "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaşayış evinin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib. Yerli sakin evi yandırdıqdan sonra özünü asıb.