Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.

Azərbaycanda referendum keçiriləcək - Rəy verildi + Yenilənib

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.


AzNews.az xəbər verir ki, iclas Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, 2016-cı il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.

09:57
***


Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası başlayıb.

AzNews.az-ın məlumatına görə, Fərhad Abdullyev elan edib ki, iclasda 8 hakim iştirak edir.

İclasda Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.

10:18
***


Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Trend-in məlumatına görə, rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.