Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.

Azərbaycanda silah zavodunda güclü partlayış - Yaralı sayı 12-yə çatdı + Video

Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.


Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır.

Musavat.com

***

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.

***

"Report"un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb.

"Report"un məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır.

***

Şirvanda silah zavodunda partlayışlar davam edir.

Yerli sakinlərin Trend-ə verdiyi məlumata görə, şəhərdə hələ də güclü partlayış səsləri eşidilir.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan "Araz" zavodunda baş verən hadisə nəticəsində yaralananların sayı 12-yə çatıb.

Bu barədə AzNews.az-a xəstəxanadan məlumat verilib.