Xəbər veridiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində gənc qız hovuzda boğularaq dünyasını dəyişib. Xəbər veridiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində gənc qız hovuzda boğularaq dünyasını dəyişib.

Sumqayıtda boğulan qız peşəkar üzgüçü imiş - Kompleksdən açıqlama

Xəbər veridiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində gənc qız hovuzda boğularaq dünyasını dəyişib.


Sumqayıt "TERM" idman kompleksinin icraçı direktoru Hüseyn Abbasov AzNews.az-a açıqlamasında Ülkər Oqtaybəylinin professional üzgüçü olduğunu deyib: "Ülkər bizdə 2010-cu ildən qeydiyyatdadır. Bizə məlumat verdilər ki, hovuzda bir nəfər suda batıb. Həmin anda müdaxilə edib suya girdik. Ülkəri sudan çıxardıb ilkin yardım göstərdik. Bundan əlavə 102 xidmətinə zəng etdik və klinikalardan həkim də dəvət etdik. Amma onu geri qaytarmaq mümkün olmadı. Ülkərin vəfatının səbəbi ürəktutması olub. Müəllimlər professional üzgüçümüzün ölümündən şok keçirdilər".

Qeyd edək ki, iyulun 17-də Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı üzgüçülük hovuzunda boğulub.

Bahar RÜSTƏMLİ
AzNews.az