Azərbaycanın realist sənətkarı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, Azərbaycanın tanınmış alimlərindən olan Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanı gürcü dilində çap olunub. Azərbaycanın realist sənətkarı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, Azərbaycanın tanınmış alimlərindən olan Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanı gürcü dilində çap olunub.

Azərbaycanlı alimlərin kitabları gürcü dilində - Fotolar

Azərbaycanın realist sənətkarı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, Azərbaycanın tanınmış alimlərindən olan Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanı gürcü dilində çap olunub.


Kitablar Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görüb.

Tbilisidəki "Universal" nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun böyük əməyi olub.

M.Məmmədoğlu müsahibəsində deyib ki, Cəlil Məmmədquluzadənin hekayələr kitabı bir neçə dildə işıq üzü görsə də gürcü dilində ilk dəfə nəşr olunur: "Onun "Poçt qutusu" adlı hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən 1934-cü ildə "Türk ədəbiyyatı" toplusunda yer alıb. Bu hekayəni Əziz Şərifin özü tərcümə edib.

Sonralar, daha doğrusu 1968-ci ildə Tbilisi Dövlət Universitetinin nəşr etdiyi Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə də "Poçt qutusu" və "Saqqallı uşaq" hekayələri daxil edilmişdi. O vaxtı "Poçt qutusu" hekayəsini Leyla Eradze, "Saqqallı uşaq" hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə edib".

M.Məmmədoğlunun sözlərinə görə, eyni hekayənin tərcüməsində Əziz Şərifin tərcüməsi daha uğurludur.

Qeyd edək ki, bu kitabın nəşr olunması ideyası və ön sözü akademik İsa Həbibbəyliyə məxsusdur.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, Nəşriyyat redaktoru M.Məmmədoğlu və tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir.

Tərcümə Azərbaycanın və Gürcüstanın dövri mətbuatlarında çap olunan gənc yazıçı Almaz Mirzəoğluna məxsusdur.

Kitabda müəyyən sözlərin izahı, C.Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvlərinə aid şəkillər də əksini tapmışdır.

"Yağmur qoxusu" kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı müxtəlif səpkili şeirləri verilib. Bundan əvvəl onun silsilə şeirləri "Literaturuli Sakartvelo" ("Ədəbi Gürcüstan") qəzetində və "Amer-İmer"( "Bu tərəf o tərəf") ədəbi jurnalında dərc olunmuşdur.

Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.

S.Rüstəmxanlının "Ölüm zirvəsi" romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.
Kitablar gürcü oxucuları tərəfindən maraqla qarşılanıb.

Report.az

image description