Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb. Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.

“Əli İnsanovda şübhəli dərmanlar aşkar olunub”- Rəsmi

Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.


Bununla əlaqədar Qaradağ rayon prokuroru Natiq Abdullayevə müraciət edilib.

Prokuror bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən daxil olmuş məlumata görə, 23 avqust 2016-cı il tarixdə Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət olunması ilə bağlı müvafiq, həmçinin baxış tədbirləri keçirilərkən bir sıra məhkumlarda qanunsuz əşyalar, o cümlədən Ə. İnsanovda şübhəli dərman preparatları aşkar olunub.

"Burada söhbət psixotrop maddə hesab edilən, tərkibində "Diazepamın" təsiredici maddəsi olan külli miqdarda dərman həblərindən, həmçinin cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi olan "Tramadol" dərman kapsullarından gedir.

Məlumatda həmçinin qeyd olunurdu ki, faktla bağlı Xidmətin əməkdaşları tərəfindən protokol tərtib edilərkən Ə. İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.

Bununla əlaqədar rayon prokurorluğu tərəfindən ilkin yoxlama aparılıb və faktla bağlı başlanmış cinayət işi üzrə Ə. İnsanova Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə), 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham elan olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir", - deyə prokuror bildirib.

APA.az