Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov oğlu 2 qat olimpiya çempionu İlqar Məmmədovla bağlı mətbuatda yazılan məlumatlara etirazını bildirib. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov oğlu 2 qat olimpiya çempionu İlqar Məmmədovla bağlı mətbuatda yazılan məlumatlara etirazını bildirib.

“O necə ermənidir ki, heç erməni dilini bilmir...” - İlqar Məmmədovun atasından etiraz

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov oğlu 2 qat olimpiya çempionu İlqar Məmmədovla bağlı mətbuatda yazılan məlumatlara etirazını bildirib.


Vitse-prezident AzNews.az-a açıqlamasında İlqar Məmmədovun erməni olduğu deyilən tələbəsinin heç erməni dilini bilmədiyini qeyd edib: "Yana necə ermənidir ki, heç erməni dilində danışa bilmir. Həmin qız Rusiyada doğulub, oranın da vətəndaşıdır. Nə olsun ki, soyadı ermənilərə məxsusdur?! Yana Yeqoryanın Ermənistandan heç xəbəri də yoxdur. Rusiyada yaşayırsa və soyadı başqadırsa, bu o deməkdir ki, ermənidir?! Rusiyada monqol da ola bilər, yəhudi də, tatar da…"

Qeyd edək ki, Yana Yeqoryan Rioda keçirilən olimpiya oyunlarının qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Olimpiya çempionu tituluna sahib olub. Rusiya yığmasının isə baş məşqçisi İlqar Məmmədovdur.

Aygün İLQARQIZI