Xəbər verdiyimiz kimi, Qəbələ şəhərində növbəti dəfə “Mürəbbə” festivalı keçirilib. Xəbər verdiyimiz kimi, Qəbələ şəhərində növbəti dəfə “Mürəbbə” festivalı keçirilib.

Nazirin yanındakı sirli adamın kimliyi bilindi - Milyarder imiş + Fotolar

Xəbər verdiyimiz kimi, Qəbələ şəhərində növbəti dəfə “Mürəbbə” festivalı keçirilib.


Həmin festivalda mədəniyyət və turizm naziri ilə Əbülfəs Qarayevlə eyni masada fikir mübadiləsi aparan narıncı rəngli paltarı ilə diqqət mərkəzində olan əcnəbinin kimliyi müzakirəyə səbəb olub.

Həmin şəxslə bağlı kiçik araşdırma aparılıb və onun kimliyi məlum olub.

Belə ki, nazirin yanında duran şəxs məşhur hindistanlı Baba Ramdevdir. Hindistanın ən məşhur yoqa ustası olan Baba Ramdev 1965-ci il dekabr ayının 25-də anadan olub. O Hindistanda yoqa məktəblərinin rəhbəridir və bu sahədə ən məşhur adamlardandır. Ramdevin yoqa məktəbləri Hindistanla yanaşı Böyük Britaniyada, ABŞ-da, Nepalda, Kanadada fəaliyyət göstərir. O həmçinin ölkənin gizli milyarderlərindəndir.

Ramdevin azərbaycanlı nazirlərlə yaxın dost olduğu və onların dəvətiylə Qəbələyə gəldiyi də deyilir.

Qeyd edək ki, "Mürəbbə" festivalı Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Azxeber.com