Hindistanın mərkəzi bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 73 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 59-u xəstəxanalara yerləşdirilib.
Sərnişinlərin əksəriyyətini məktəblilər və dövlət təşkilatlarının əməkdaşları təşkil edib. Məlumata əsasən, Cabalpur-Kulla marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
APA.az