İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

İTV-nin 2 vəzifəli əməkdaşı işdən çıxarıldı - Yeni təyinatlar təsdiqləndi

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.


Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, "Çarçıfilm" yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və "Səhər" proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, "Carçıfilm" yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və "Səhər" proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.