Braziliya parlamentinin Ali palatası prezident Dilma Russeffin impiçment məsələsi üzrə səsvermənin tarixini açıqlayıb. Braziliya parlamentinin Ali palatası prezident Dilma Russeffin impiçment məsələsi üzrə səsvermənin tarixini açıqlayıb.

Deputatlar prezidentə qarşı birləşdi - İstefaya göndərilir

Braziliya parlamentinin Ali palatası prezident Dilma Russeffin impiçment məsələsi üzrə səsvermənin tarixini açıqlayıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yekun səsvermə bu gün səhər saatlarında (Bakı vaxtıyla 18:00) keçiriləcək. Daha öncə müvəqqəti olaraq prezident vəzifəsindən uzaqlaşdırılan Dilma Russeffin istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Russeffin istefa məsələsinin müzakirəsi 16 saat davam edib. Bu müddət ərzində həm müdafiə, həm də ittihamçı tərəf çıxış edib. Eyni zamanda 63 senator da fikirlərini ifadə edib. Çıxış edənlərin böyük əksəriyyəti Russeffin istefasına razı olduqlarını bildiriblər: bunun lehinə 43, əleyhinə 18 nəfər çıxış edib, 2 nəfər isə gələcək səsvermə barədə mövqeyini açıqlamayıb. 15 senator çıxış etməkdən imtina edib.

Onu da qeyd edək ki, ümumilikdə senatda 81 nəfər var. Bu isə o deməkdir ki, impiçmentin qəbul edilməsi üçün 54 səs lazımdır. Folha de Sao Paulo portalının apardığı sorğuya əsasən, impiçment üçün lazım olan bu rəqəm toplana bilər.

Ötən gün senatda öz müdafiəsinə çıxış etdikdən sonra Russeff rezidensiyasında dostu, prezident postunda sələfi İnasiu Luno və eləcə də, bir sıra digər tərəfdaşları ilə görüşüb. Görüş zamanı impiçmentdən sonrakı fəaliyyət strategiyası müzakirə olunub. Russeffin müdafiəsi ali məhkəməyə 2 iddia hazırladığını və belnəlxalq məhkəmə instansiyasına müciət etməyə hazır olduğunu bəyan edib.

İmpiçment həyata keçirilərsə may ayından prezident vəzifəsindən uzaqlaşdırılan Russeff bu postu tamamilə itirəcək. Həmçinin ona 8 il ərzində dövlət vəzifəsi tutmaq qadağan ediləcək. 2018-ci il seçkilərinə qədər Braziliya lideri postunu müvəqqəti olaraq vitse-prezident Mişel Temer tutacaq. Əgər senatorlar kifayət qədər səs toplaya bilməsə, bu proses dayandırılacaq və prezident öz postuna qayıdacaq.

Məlumat üçün bildirək ki, Russeff ikinci mandatının ilk aylarında yol verdiyi maliyyə pozuntularında ittiham edilir. İttihama görə o, parlamentlə müzakirə aparmadan dövlət vəsaitinin ayrılması üçün bir neçə qərar imzalayıb.

Aydan AXUNDOVA