Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Temperatur 6 dərəcə enəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.


Departamentdən AzNews.az-a verilən məlumata görə, sentyabrın 1-i gündüzdən 2-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb-küləyinin güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Eyni zamanda, rayonlarda da sentyabrın 1-dən 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.