Bakıda ölən qadın Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu imiş. Bakıda ölən qadın Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu imiş.

Bakıda hamilə qadın öldü - DSX-nin pilotu imiş + Yenilənib

Bakıda ölən qadın Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu imiş.


AzNews.az xəbər verir ki, bu barədə femida.az saytı məlumat yayıb. 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.


***
14:21


Bakıda hamilə qadın vəfat edib. Məlumata görə, ilkin olaraq zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

Faktla bağlı araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.

***

Bətnindəki 36 həftəlik uşağı ilə dünyasını dəyişən Babayeva Dilarənin meyiti dünən ekspertiza müayinəsindən keçirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, 30 yaşlı qadının beynində qansızma əlamətləri müşahidə olunub.

Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.

Lent.az

***
14:04


Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: "Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib".

S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub: "24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək".

APA.az