“Həyat yoldaşımı müalicə etmək üçün bir neçə konsert proqramı ilə çıxış etmək qərarına gəlmişəm”. “Həyat yoldaşımı müalicə etmək üçün bir neçə konsert proqramı ilə çıxış etmək qərarına gəlmişəm”.

“Dövlətdən bir daha kömək istəməyə utanıram” - Arif Quliyev

“Həyat yoldaşımı müalicə etmək üçün bir neçə konsert proqramı ilə çıxış etmək qərarına gəlmişəm”.


Bunu AzNews.az-a açıqlamasında Xalq artsiti Arif Quliyev deyib. Sənətkar bildirib ki, konsertlərini sentyabrın 26-da baş tutacaq referendumdan sonraya planlaşdırıb: "Mən Yasamal rayon üzrə Təşkilat Komitəsinin üzvüyəm. Başım referenduma qarışıb. Sağ-salamat referendumu yola verib, sonra konsert keçirəcəyəm. Konsertdən əldə olunan vəsaiti yoldaşımın müalicəsinə sərf edəcəyəm. Çünki həyat yoldaşımın səhhətində heç bir irəlləyiş yoxdur".

A.Quliyev həyat yoldaşının səhhətində yaranmış problemlə əlaqədar heç kimdən kömək istəmədiyini deyib: "Ailəmlə bağlı problemin həlli öz üzərimə düşür. Əlləşib- vuruşub nəsə etməliyəm. Ölkə prezidentindən kömək istəməyə də üzüm gəlmir. Çünki prezident mənə diqqət ayırıb, əməliyyat üçün bir dəfə Türkiyəyə göndərib. Bundan əlavə Bakıda ürəyimdən əməliyyat olundum və bütün xərclər dövlət tərəfindən ödənilib. Ona görə utanıram".

Xatırladaq ki, Arif Quliyevin həyat yoldaşı uzun müddətdir ki, Hepatit C xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az