Azərbaycan Atletika Federasiyasında ciddi problemlər yaranıb. Azərbaycan Atletika Federasiyasında ciddi problemlər yaranıb.

“300 minə idmançı alırlar, biz isə 1 ildir maaşsızıq” - İdmançılarımız acınacaqlı durumda

Azərbaycan Atletika Federasiyasında ciddi problemlər yaranıb.


İdmançıların AzNews.az-a verdiyi məlumata görə, maliyyə problemləri səbəbindən artıq yüngül atletlər federasiyanı tərk etməyə başlayıb.

Maaş üzünə həsrət qalan idmançılar

Bildirilir ki, yüngül atletlər artıq 1 ildir ki, maaş ala bilmirlər. Bu da qurumda bir çox problemlərə yol açıb.

Belə ki, hətta Avropa çempionatlarından mükafatla qayıdan idmançılar belə karyeralarına son qoymaq qərarına gəliblər. Uğurlu çıxışları ilə seçilən idmançılarımız dəfələrlə həm federasiyaya, həm də nazirliyə normal maaşın verilməsi üçün müraciət etsələr də, onların şikayətlərinə baxılmayıb.

Bu idmançılardan biri də Avropa mükafatçısı və Avropa kubokunun qalibi Murad İbadullayevdir. O, federasiyadan normal maaş ala bilmədiyi üçün idmanı atıb.

Bəzi yerli atletlərimiz isə hələ ki ümidlərini kəsmədiklərini deyirlər. Onlar başqa yerlərdə işləyərək həm ailəsini dolandırmağa çalışırlar, həm də idman üçün lazım olan vitaminlərini təmin edirlər. Atletlərin sözlərinə görə, federasiya onlara vitaminlər üçün bəzən 100-150 manat pul verir. Halbuki vitaminlərin qiyməti azı 1000 manatdan başlayır.

İdmançılar tələb edir ki, atletikanın inkişafı üçün normal klub yaradılsın, hər bir yüngül atlet də oradan yararlana bilsin.

Dəyərsiz yerlilər, dəyərli legionerlər…

Atletlərimiz bildirir ki, Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə də bu durumdan xəbərdardır: "Amma bizimlə maraqlanmır. Federasiyada heç həkim nəzarəti belə yoxdur. Komandanın nə həkimini görmüşük, nə də masajistini. Məşq şəraitimiz acınacaqlıdır. Federasiyada ən çox dəyər verilənlər legionerlərdir. 200-300 min verib xaricdən idmançı gətirirlər, yerlilərin şikayətinə belə baxmırlar. Bilmirik kimə deyək dərdimizi".

Aygün