Hollivudun ən məşhur cütlüyü olan Ancelina Coli və Bred Pittin boşanması xəbəri böyük rezonans doğurub. Hollivudun ən məşhur cütlüyü olan Ancelina Coli və Bred Pittin boşanması xəbəri böyük rezonans doğurub.

Bred Pitt boşandığını mətbuatdan öyrənib - “O, cəhənnəmə qapı açdı”

Hollivudun ən məşhur cütlüyü olan Ancelina Coli və Bred Pittin boşanması xəbəri böyük rezonans doğurub.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, aktrisanın vəkilinin açıqlaması cütlüyün yaxın ətrafı, hətta ailənin yaxın dostu Corc Kluni və Ancelinanın atası Con Voyt üçün də şok olub.

Məlum olub ki, boşanma barədə xəbər hətta Pitt üçün də gözlənilməz olub. Belə ki, Coli boşanma üçün sənəd toplayarkən aktyor Londona ailəvi səfər etməyi planlaşdırırmış.

Sentyabrın 20-də boşanma barədə KİV-lərdə məlumat yayıldıqdan sonra hadisədən xəbərdar olan Pitt hətta sentyabrın 23-nə Londona uçuş biletlərini də hazırlayıb.

"People" jurnalına boşanma xəbərini şərh edən Pitt baş verənlərdən çox məyus olduğuu bildirib: "Məni hazırda narahat edən tək şey uşaqlarımızın rifahıdır. Mən mətbuatdan uşaqları xüsusi diqqətdə saxlamaqdan çəkinməyə çağırıram. Onsuz da onların payına ağır sınaq düşüb".

Məlumata görə, son 1 ildə münasibətlərində ciddi problemlər yaşayan cütlük artıq evliliklərində son həddə çatıb. Bred Pittin dostlarının verdiyi məlumata görə, aktyor Colidən uşaqların taleyi naminə boşanma ilə bağlı məsələni həll etməyi və işıqlandırmamağı xahiş edib. Göründüyü kimi, Ancelina bu xahişə məhəl qoymayıb.

TMZ isə Bred Pitt barədə uşaqlara qarşı şiddət göstərmək ittihamı ilə istintaq başladığı haqda məlumat yayıb. İddia olunur ki, aktyor ailəsilə birlikdə şəxsi təyyarədə olarkən uşaqlara qışqırmağa və onları təhqir etməyə başlayıb. Hətta onlardan birini vurub. Pittin uşağı tam olaraq hansı formada vurduğu dəqiq deyil.





Bildirilir ki, qalmaqal təyyarə eniş etdikdən sonra da davam edib və Pitt uşağı benzindaşıyan maşında saxlamağa çalışıb. Sözügedən hadisəylə bağlı Pitt və Coli artıq dindiriliblər. Həmçinin, uşaqların da sorğu-sual olunacağı qeyd olunur. Məhz bu insidentin boşanma prosesinin başlıca səbəbi olduğu deyilir. İnsayderlər Bred Pittin paparazzilərin ailəni təqib edəcəyindən narahat olduğunu və "O, cəhənnəmə qapı açdı" sözlərini ifadə etdiyini bildiriblər.

Hazırda cütlüyün evi repartyor və fotoqraflarla əhatə olunub. Hətta iş o həddə çatıb ki, asayişə polis nəzarət etməli olub.

Aydan AXUNDOVA