Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qızıl Məryəm”in məhkəməsi qapalı keçirilib - İntim epizodlar var (Yenilənib)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib.

Ceyhun Əsgərov da özünü təqsirli bildiyini açıqlayıb. Nicat Eyvazov isə özünü təqsirli bilmədiyini deyib.

Proses sentyabrın 30-da davam etdiriləcək.

APA.az

***
12:11

Bu gün "Qızıl Məryəm" kimi tanınan 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri cinayət işində ailə sirləri və intim epizodlar olduğuna görə prosesin qapalı keçirilməsi barədə vəsatət verilib. Vəsatət təmin edilib. Jurnalistlər prosesdən çıxarılıb.

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.

Lent.az