Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qadın uşaqlarının gözü qarşısında özünü 9-cu mərtəbədən atdı - Yenilənib

Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


1980-ci il təvəllüdlü Qarayeva Nurlanə Nemət qızı əslində bədbəxt hadisənin qurbanı olmayıb, onun intihar etdiyi üzə çıxıb. Bəlli olub ki, 36 yaşlı qadın həyat yoldaşı və uşaqları evdə olarkən mənzilin eyvanına çıxaraq özünü atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Lent.az


***
12:26


Bakıda qadın hündürmərtəbəli binadan yıxılaraq ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də Yasamal rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.