“Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci geri qaytarsın. Bu, mənim tələbimdir”. “Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci geri qaytarsın. Bu, mənim tələbimdir”.

“Borc içində ölürəm” - Nişanlısı qaçan oğlanın atası

“Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci geri qaytarsın. Bu, mənim tələbimdir”.


Bunu AzNews.az-a açıqlamasında toya bir gün qalmış nişanlısı qoşulub qaçan oğlanın atası, İsmayıllı kənd sakini C.M. bildirib. O, hüquq-mühafizə orqanlarına şikayət etmək fikrində olmadığını deyib: "Artıq mənə və oğluma olan olub. Çox pis vəziyyətdəyəm. Toya xərc çəkmişəm. Bununla bağlı qız evinə xəbər göndərmişəm ki, çəkilən xərci geri qaytarsın. Amma hələ gəlib çıxmayıblar. Düzü çox imkansız ailədir, kasıb adamlardır, bilmirəm pulu verə biləcəklər ya yox. Amma demişəm ki, çəkdiyim xərcin yarısını versinlər ki, borcumun yarısını azalda bilim. Borcun içində ölürəm. Həm də xəbər göndərmişəm ki, nəyiniz varsa, gəlin aparın. Qaytardığımız ancaq gəlinə apardığımız qızıllardır, vəssalam".

C.M. qeyd edib ki, oğlu nişanlı olduğu müddətdə qızın başqasını sevdiyindən xəbəri olmayıb: "Biz onlarla qohumuq. Oğlan da tez-tez gedib gəlib, telefonla danışıb. Toya bir gün qalmış qız qaçıb".

Qeyd edək ki, Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsi olub.

Bahar RÜSTƏMLİ
AzNews.az