FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Emine Akay saxlanılıb. FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Emine Akay saxlanılıb.

Fətullah Gülənin qardaşı qızı saxlanıldı

FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Emine Akay saxlanılıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polis tərəfindən bu gün evində saxlanılan Emine Akayın təşkilatın "Edremit imamı" olduğu bildirilib. Emine Akayın həyat yoldaşı İsmayıl Akayın da axtarışda olduğu qeyd olunub. Onun təşkilatın Balıkesir bölgə imamı olduğu bildilib.

Qeyd edək ki, ailə həkimi olan və 2 saylı Edremit səhiyyə mərkəzində işləyən İsmayıl Akay hərbi çevriliş cəhdindən sonra işə çıxmadığı üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Aydan AXUNDOVA