Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb.

İş yerində 15 nəfər zəhərləndi

Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb.


Hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən USPAY texnologiyalar müəssisəsində qeydə alınıb.

Məlumata görə, nahar vaxtı qida qəbul etdikdən sonra 15 işçi özünü pis hiss edib.

Zəhərlənən şəxslər 1 saylı Sumqayıt şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırılıb. Onlar ilkin ambulator yardım aldıqdan sonra evə buraxılıblar.

Report.az