Məşhur türk sənətçisi Bülənt Ərsoyun 43 il öncə nişanlısı ilə birgə çəkdirdiyi və heç bir yerdə yayımlanmayan şəkilləri yayılıb. Məşhur türk sənətçisi Bülənt Ərsoyun 43 il öncə nişanlısı ilə birgə çəkdirdiyi və heç bir yerdə yayımlanmayan şəkilləri yayılıb.

Bülənt Ərsoy 43 il əvvəl nişanlısı ilə birlikdə - İlk dəfə yayılan fotolar

Məşhur türk sənətçisi Bülənt Ərsoyun 43 il öncə nişanlısı ilə birgə çəkdirdiyi və heç bir yerdə yayımlanmayan şəkilləri yayılıb.


AzNews.az xəbər verir ki, Bülənt Ərsoyun bu şəkilləri əməliyyatla qadın olmamışdan əvvəlki vaxtlarına təsadüf edir.

Kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çəkinən Bülənt Ərsoyun 43 il öncə nişanlısı ilə çəkdirdiyi fotolar üzə çıxıb. İndiyədək heç bir yerdə yayımlanmayan fotoları isə Türkiyənin məşhur müsiqiçilərindən olan Onur Akay öz feysbuk səhifəsində paylaşıb.





Qeyd edək ki, məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.



Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb.