“Azərbaycan- Rusiya münasibətlərinin korlanması nə Rusiyanın, nə də Azərbaycanın xeyrinədir”. “Azərbaycan- Rusiya münasibətlərinin korlanması nə Rusiyanın, nə də Azərbaycanın xeyrinədir”.

“İşğalçı dövlətin silahlandırılması Azərbaycana təhdiddir”

“Azərbaycan- Rusiya münasibətlərinin korlanması nə Rusiyanın, nə də Azərbaycanın xeyrinədir”.


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Rusiyanın Ermənistana silah verməsi halı ilk deyil: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi tarixi boyu Rusiya Ermənistanı açıq və ya gizli şəkildə silah-sursatla təmin edib. Hətta 1990-cı illərin ortalarında Ermənistana 1 milyardlıq silahın verilməsi Rusiya Federasiyasının Dumasında böyük səs-küyə səbəb oldu. Rusiya Dumasının Təhlükəsizlik Komitəsinin sədri Ruxin bu məsələni ciddi şəkildə qaldırdı. Məsələ geniş müzakirəyə yol açdı. Bu gün də belədir və ən başlıcası gələcəkdə də belə olacaq. Çünki Rusiya Ermənistandan hələ də hərbi baza kimi imtina etməyib və yaxın gələcəkdə də bundan imtina edəcəyini gözləmək heç doğru deyil. Çünki Ermənistanın özü Çar Rusiyası dövründə Qafqazda hərbi baza kimi nəzərdə tutulub. Əlbəttə ki, onun hədəflərindən biri də elə Azərbaycandır".

H. Babaoğlunun fikrincə, belə məsələlərin qarşısını hazırda Rusiya ilə mövcud olan münasibətlər çərcivəsində hüquqi müstəvidə almaq lazımdır: "Düşünürəm ki, bu istiqamətdə müxtəlif addımlar atılır. Hazırkı mərhələdə Rusiya prezidenti Azərbaycanda olarkən Rusiya- Azərbaycan münasibətlərini ikitərəfli əməkdaşlıq münasibətləri kimi səciyələndirib. Eyni zamanda Rusiya Federasiyasında unutmamalıdırlar ki, bu ölkə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün yaradılmış Minsk Qrupunun həmsədrlərindən biridir. Ona görə də Moskva attdığı addımlarda ehtiyatlı olmalıdır. Çünki Azərbaycan ictimaiyyətində haqlı olaraq sual yaranır: Rusiya bu problemi həll etmək istəyirmi? Və yaxud belə olarsa, bundan sonra Rusiyanın vasitəçi olmağa mənəvi haqqı varmı? Rusiyada çox güclü diplomatlar, siyasətçilər var. Hazırda onlar bu suala cavab tapmağa çalışmalıdırlar. Əgər belə olacaqsa Rusiya Azərbaycan münasibətləri gələcəkdə bu səviyyədə ola bilərmi? Azərbaycan dövlətinin buna reaksiyası necə ola bilər? Bu suallara Rusiya Federasiyasının rəhbərliyi cavab tapmalıdır".

Deputat bunu Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi dəyərləndirib: "İşğalçı dövlətin silahlandırılması birbaşa təhdiddir. Hər hansı ölkə tərəfindən atılacaq addımları Azərbaycan elə belə də qiymətləndirəcək və müvafiq tədbirlər görəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az