- Köhnə - Cəmiyyət
- 24 Sentyabr 2016 19:08
- 2 988
Xınalığa qar yağdı - Foto
Sentyabrın 24-də Quba rayonunun Xınalıq kəndinə ilk qar yağıb.
Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra kəndə qısamüddətli dolu yağıb.
Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.
AZƏRTAC.az