Prezident İlham Əliyev qəbul keçirib. Prezident İlham Əliyev qəbul keçirib.

İlham Əliyev AŞPA-nın nümayəndə heyətini qəbul etdi - Yenilənib + Fotolar

Prezident İlham Əliyev qəbul keçirib.


AzNews.az xəbər verir ki, Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyətini qəbul edib.

10:27
***


Dövlət başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd edib. Azərbaycan Prezidenti bildirib ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu deyib. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirib. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını deyib və qeyd edib ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.
image description image description