Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb.

Referendumu Dəyərləndirmə Missiyası - Milli Məclisdə

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb.


Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, O. Əsədov AŞPA-nın Dəyərləndirmə Missiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etməsinin önəmini qeyd edib.

Milli Məclisin sədri ölkəmizdə keçirilən bütün seçkilər zamanı beynəlxalq təşkilatlardan, müxtəlif ölkələrin parlamentlərindən müşahidəçilərin dəvət edildiyini bildirib. O. Əsədov ümumxalq səsverməsini izləyəcək müşahidəçilərin bir çoxunun artıq Azərbaycanda olduğunu diqqətə çatdırıb. O, müşahidəçilərin referendumun beynəlxalq standartlara uyğun keçirildiyini görəcəklərinə əminliyini ifadə edib.


Missiyanın rəhbəri Aleksandr Nikoloski nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O, AŞPA müşahidəçilərinin ölkəmizdə keçirilən bütün prezident və parlament seçkilərini, eyni zamanda, referendumları izlədiklərini söyləyib.

Modern.az