51 yaşlı kişi dənizdə boğulub. 51 yaşlı kişi dənizdə boğulub.

51 yaşlı kişi Xəzərdə batdı

51 yaşlı kişi dənizdə boğulub.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:05-də başa çatıb.