Bakıda avtomobillərin toqquşması nəticəsində yanğın əmələ gəlib. Bakıda avtomobillərin toqquşması nəticəsində yanğın əmələ gəlib.

Avtomobillər toqquşdu - Yanğın oldu

Bakıda avtomobillərin toqquşması nəticəsində yanğın əmələ gəlib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.