Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib. Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib.

111 yaşlı seçici səsvermədə iştirak etdi - Foto

Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib.


Rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır.

Ş.Axundovanın səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqədən daşınan qutu onun yaşadığı ünvana gətirilib. Bütün səsvermələrdə iştirak etdiyini deyən Ş.Axundova Konstitusiyaya ediləcək dəyişikliklərin xalqımıza xeyirli olmasından ötrü dualar edib.

Report.az