Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Günəşli” yatağının 9-cu özülündə 71 saylı quyuda baş verən hadisəylə bağlı münasibət açıqlayıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Günəşli” yatağının 9-cu özülündə 71 saylı quyuda baş verən hadisəylə bağlı münasibət açıqlayıb.

“Günəşli”yə 10 gəmi göndərildi - Hadisə yerindən FOTO

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Günəşli” yatağının 9-cu özülündə 71 saylı quyuda baş verən hadisəylə bağlı münasibət açıqlayıb.


Qurumun mətbuat katibi Vüqar Sadıqovun AzNews.az-a verdiyi məlumata görə, platformada insident barədə məlumat daxil olan kimi, gəmiçiliyin müvafiq qrupu səfərbər olunub və lazimi tapşırıqlar verilib: "Dərhal aydiyyəti gəmilər platforma olan əraziyə göndərilib. Hazırda ərazidə yanğınsöndürən gəmilər də daxil olmaqla 9 gəmi var. Daha bir gəmi yaxınlaşmaq üzrədir. Vəziyyətə AXDG-nin rəhbərliyi şəxsən nəzarət edir. Bütün lazimi işlər görülür".

Qeyd edək ki, bu gün "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

AzNews.az