Bu gün səhər saat 8:00-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinə (referendum) start verilib. Saat 12:00-a olan nəticələrə əsasən seçicilərin 1 613 879 nəfəri səsvermədə iştirak edib. Bu gün səhər saat 8:00-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinə (referendum) start verilib. Saat 12:00-a olan nəticələrə əsasən seçicilərin 1 613 879 nəfəri səsvermədə iştirak edib.

Bəylər Əyyubov da səs verdi - Fotolar + Video

Bu gün səhər saat 8:00-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinə (referendum) start verilib. Saat 12:00-a olan nəticələrə əsasən seçicilərin 1 613 879 nəfəri səsvermədə iştirak edib.


Ən son nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 30.6 faiz təşkil edib. Hələlik MSK-nın 115 saylı qaynar xəttinə heç bir müraciət daxil olmayıb

Əməkdaşlarımız 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 və 5 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə maraqlanıblar.

Səhər saatlarında başlayaraq adıçəkilən seçki dairəsində seçici aktivliyi müşahidə olunur. Bir sıra dövlət rəsmiləri bu məntəqədə səs veriblər.



Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Aleksandr Vasyak, keçmiş maliyyə naziri Fikrət Yusifov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov, Vergilər nazirinin müşaviri Elçin Məmmədov 23 saylı Nəsimi-Səbail seçki dairəsində səsvermədə iştirak ediblər.




23 saylı Nəsimi-Səbail seçki dairəsinin sədri Mais Madatov bildirib ki, indiyədək hər hansı neqativ hal müşahidə olunmayıb.

"4 nömrəli məntəqədə 943 nəfər seçimiz var. Seçicilər çox aktivdir. Heç bir qanun pozuntusu yoxdur".

Keçmiş maliyyə naziri Fikrət Yusifov da referendumla bağlı fikirlərini bölüşüb. Eks-nazir qeyd edib ki, seçici fəallığı yüksək səvyyədədir: "Bu, vətəndaşlarımızın aktiv iştirakından xəbər verir".



Seçki dairələrində müşahidə aparan millət vəkili Sevinc Hüseynova seçki məntəqələrində aktivliyin müşahidə olunduğunu deyib. Millət vəkili qeyd edib ki, insanlar referendumda fəal iştirak edirlər.

Həmsöhbət olduğumuz digər seçicilər də onlara yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Azvision.az