Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin boşanmasını səbəbi aktrisanın siyasi ambisiyaları imiş. Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin boşanmasını səbəbi aktrisanın siyasi ambisiyaları imiş.

Bred Pittlə Ancelina Colinin boşanma səbəbi bilindi - Siyasi ambisiyalar

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin boşanmasını səbəbi aktrisanın siyasi ambisiyaları imiş.


Ailəyə yaxın mənbənin TMZ-ə verdiyi məlumata görə, Coli BMT-nin baş katibi vəzifəsini tutmaq istəyirmiş. Bunun üçün o, iki siyasi məsləhətçi də işə götürübmüş.

Bred Pitt heç vaxt arvadının Qaçqınlar üzrə Ali Komissarlıq İdarəsində tutduğu xoşməramlı səfir siması ilə xeyriyyə fəaliyyətinə qarşı çıxmayıb. Ancaq Colinin uşaqları da özü ilə səfərlərə götürməsi onun narazılığına səbəb olurmuş. Colinin uşaqlarla Suriyaya getmək istəməsi bardağı daşıran son damla olub.

Coli boşanmasının səbəbini "barışmaz münasibətlər" kimi göstərsə də, mənbə bunun 6 uşağın tərbiyəsi ilə bağlı olduğunu deyib.

Avropa.info